Misirdə qatar qəzası: Ölü və yaralılar var

 15:13 13.10.2024     74

Misirdə qatar qəzası nəticəsində 1 nəfər ölüb, 20-yə yaxın insan yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Misir mətbuatı məlumat yayıb.

Məlumata görə, qəza Asuan-Qahirə magistralında baş verib. Qəza nəticəsində lokomotivlə sərnişin qatarı toqquşub və sərnişinlə dolu iki vaqon suya aşıb.

Yaralılar arasında Kolumbiya və Malayziya vətəndaşları da var.

Hadisə yerinə 23 təcili tibbi yardım maşını yollanıb.