Cənubi Koreya ordusu Şimali Koreyanı HƏDƏLƏDİ

 16:49 13.10.2024     193

Koreya Xalq Demokratik Respublikasının (KXDR) ordusu Cənubi Koreya vətəndaşlarının təhlükəsizliyini təhdid edərsə, “rejimin sonu” ilə üzləşəcək.

Redaktor.az xəbər verir ki, bu barədə Koreya Respublikasının Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Biz açıq şəkildə xəbərdar edirik ki, Şimali Koreyanın vətəndaşlarımızın təhlükəsizliyinə zərər vurduğu gün onun rejiminin sonuncu günü olacaq”, - deyə bəyanatda qeyd edilib.

Rəsmi Seul hesab edir ki, KXDR lideri Kim Çen Inın bacısı Kim Yo-Conqun bəyanatları bu ölkənin ikiüzlü davranışını nümayiş etdirir.

Qeyd edək ki, KXDR liderinin bacısı Cənubi Koreyaya məxsus pilotsuz uçuş aparatlarının Pxenyan səmasında yenidən aşkar ediləcəyi təqdirdə Seulun “faciəli nəticələrlə” üzləşəcəyini bildirib.