Gürcüstanda MSK işçiləri təhdid mesajları ALDI

 17:04 13.10.2024     166

Gürcüstan Mərkəzi Seçki Komissiyasının əməkdaşlarının telefonlarına təhdid mesajları gəlməyə başlayıb.

Redaktor.az xəbər verir ki, bunu Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Giorgi Kalandarişvili deyib.

Onun sözlərinə görə, mesaj MSK əməkdaşlarına eyni nömrədən gəlib:

“Bütün mesajlarda ünvan sahibinin adı var ki, bu da mesajın müəllifinin həmkarlarımız və onların şəxsiyyətləri haqqında şəxsi məlumatları bildiyini təsdiqləyir. Biz onların maraqlarını mütləq qoruyacağıq”.

Giorgi Kalandarişvili vurğulayıb ki, buna bənzər hallar əvvəllər də baş verib. Belə ki, MSK əməkdaşlarına qarşı rüşvət vermək, qorxutmaq və ya başqa tədbirlər görmək istəyiblər.

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) isə vətəndaşları saxta bildirişlərə inanmamağa çağırıb.