Əfqanıstanın üçdə biri aclıqdan əziyyət ÇƏKİR

 17:31 13.10.2024     69

Əfqanıstan əhalisinin demək olar ki, üçdə biri qida çatışmazlığından əziyyət çəkir və uşaqların təxminən 6%-i qida çatışmazlığı və qeyri-sağlam həyat şəraitindən beş yaşına qədər ölür.

Redaktor.az xəbər verir ki, bu barədə Qlobal Aclıq İndeksinin hesabatında qeyd olunub.

127 ölkədəki aclıq vəziyyətini əhatə edən hesabatda Əfqanıstanın il ərzində vəziyyətinin daha da pisləşdiyi, iki pillə geriləyərək 30,8 balla 116-cı yerə düşdüyü vurğulanıb.