Kadırov üçün milyardlar nağdlaşdıran şirkətlər LƏĞV EDİLDİ

 17:46 13.10.2024     68

Çeçenistanda Kadırov ailəsinin xeyrinə on milyardlarla rublu nağdlaşdırdığı iddia edilən üç şirkətdən ikisi ləğv edilib.

Redaktor.az xəbər verir ki, bu barədə müstəqil rusiyalı jurnalistlərin apardığı araşdırmada qeyd olunub.

Məlumata görə, Çeçenistanın gəlirlərinə görə üç ən böyük təşkilatından ikisi - “Benofon” və “Orbita” şirkətləri ləğv edilib.

Hər iki şirkətin büdcədən Ramzan Kadırovun ailəsi və onun ətrafının xeyrinə on milyardlarla rubl pul çıxarmaq sxeminin bir hissəsi olduğu bildirilir.