“Hizbullah” dronla İsrailə hücum edib, 67 yaralı VAR

 23:30 13.10.2024     211

Livan dronlarının İsrailin şimalındakı Binyamina şəhəri yaxınlığında hücumu nəticəsində onlarla insan yaralanıb, bəziləri kritik vəziyyətdədir.

Redaktor.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” yazıb.

Nəşr bunu misli görünməmiş hücum adlandırır. İsrailə doğru üç PUA buraxılıb, lakin onlardan biri İsrail ərazisinə dərininə nüfuz edərək Binyamina ərazisinə düşüb. Bu zaman hava həyəcanı siqnalları aktivləşdirilməyib.

“Hizbullah”ın pilotsuz uçuş aparatı bazar günü axşam Binyamina ərazisinə zərbə endirib, təxminən 67 nəfəri yaralayıb. Onlardan dördü ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Dron “Hizbullah”ın raket atəşinin müşayiəti altında Livandan buraxılıb.