Hizbullahdan İsrail ordusuna zərbə ilə bağlı AÇIQLAMA
Hizbullah Hayfanın cənubundakı İsrail hərbi bazasına hücumla bağlı açıqlama yayıb.
Redaktor.az xəbər verir ki. bu barədə Livan mediası yazıb.
“Qəzza zolağında inadkar müqavimətə dəstək və Livanın müdafiəsi, habelə paytaxt Beyrutun Nuveyri və Əl-Bəsta bölgələrinə və Livanın digər hissəsinə edilən hücumlara, törədilən qırğınlara cavab olaraq, (öldürülmüş Hizbullah lideri Həsən) Nəsrullahın xatirəsinə 13 oktyabr bazar günü axşam saatlarında İslami Müqavimət Qolani briqadasının Hayfanın cənubundakı Binyamində yerləşən təlim düşərgəsinə bir qrup hücum PUA-sı ilə əməliyyat keçirib”, - məlumatda deyilir.
Qeyd edək ki, hücum nəticəsində İsrailin 70 əsgərinin yaralandığı, ölənlərin olduğu bildirilir.