"Hizbullah"ın hücumu nəticəsində ölən və yaralananlar var - İsraildən etiraf

 05:01 14.10.2024     95

Oktyabrın 13-də “Hizbullah”ın pilotsuz uçuş aparatının (PUA) İsrailin şimalındakı Binyamina yaşayış məntəqəsi yaxınlığındakı hərbi bazaya zərbəsi nəticəsində dörd İsrail hərbçisi öldürülüb.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“Bazar günü “Hizbullah” terror təşkilatı tərəfindən buraxılmış pilotsuz uçuş aparatı Binyaminaya bitişik hərbi bazaya zərbə endirib. Hadisə nəticəsində dörd əsgər həlak olub, daha yeddi nəfər ciddi yaralanıb”, – bəyanatda deyilir.

Qeyd edək ki, daha əvvəl verilən məlumatlara əsasən "Hizbullah"ın PUA hücumu nəticəsində 67 İsrail hərbçisinin yaralandığı bildirilirdi. 

T.İSMAYIL