Venesuela Livana humanitar yardım göndərdi
Venesuelanın Livan üçün humanitar yardımının ilk partiyası oktyabrın 13-də Suriyanın paytaxtı Dəməşqə çatdırılıb.
Redaktor.az xəbər verir ki, bu barədə Venesuelanın xarici işlər naziri İvan Qel Pinto bildirib.
"Bolivar xalqı və hökuməti tərəfindən göndərilən tonlarla ərzaq, dərman və ilkin ehtiyaclar terrorist İsrail dövlətinin bombardmanından zərər çəkən Livan qardaşları və bacıları üçün Dəməşqə gəlib", - o qeyd edib.
Nazir əlavə edib ki, bu, daha yaxşı gələcək uğrunda mübarizə aparan insanlara dəstək olmaq üçün nəzərdə tutulmuş həmrəylik körpüsünün ilk partiyasıdır.
Türkan İSGƏNDƏRLİ