Çin Tayvan ətrafında hərbi təlim keçirir

 09:24 14.10.2024     91

Çin ordusu Tayvan boğazı ətrafında və Tayvan adasının şimal, cənub və şərq bölgələrində birgə hərbi təlimə başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Çin Xalq Azadlıq Ordusunun Şərq Cəbhəsi Komandanlığı məlumat yayıb.

Komandanlığın sözçüsü Li Xi, "Birgə Qılınc-2024B" adlı təlimə quru, hava, dəniz və raket qüvvələrinin qatıldığını və təyyarə və gəmilərin bir çox istiqamətdən adaya yaxınlaşaraq birgə hücumlar həyata keçirəcəyini bildirib.

O qeyd edib ki, təlim real döyüş imkanlarını yoxlamaq məqsədi daşıyır. Əsas diqqət dəniz-hava döyüş hazırlığının birgə patrul xidməti, dəniz və quru hədəflərinə hücumlar və döyüş meydanına hərtərəfli nəzarətin ələ keçirilməsinə yönəldiləcək.