"ABŞ bizimlə tam miqyaslı müharibə aparır"
ABŞ bizimlə hibrid deyil, tam miqyaslı müharibə aparır və ölkəmizin məğlubiyyətinə çalışır.
Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, bunu Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
1945-ci ildə ABŞ ilə SSRİ arasında aparılan danışıqları nümunə gətirən D.Medvedev həmin müzakirələrin indiki şəraitdə rəsmi Vaşinqtonla aparılacaq istənilən müzakirələrdən daha faydalı olduğunu vurğulayıb.