İqtisadiyyat üzrə Nobel mükafatı onlara verildi - SİYAHI

 14:22 14.10.2024     83

İsveç Kral Elmlər Akademiyası yanında Nobel Mükafatı Komitəsi tərəfindən 2024-cü il üçün Alfred Nobelin xatirəsinə İqtisadi Elmlər üzrə "Sveriges Riksbank" mükafatı laureatları məlum olub.

Redaktor.az xəbər verir ki, Daron Acemoglu, Simon Johnson və James A. Robinson sözügedən sahə üzrə 2024-cü ilin laureatları elan edilib.

Onlar ölkələrin necə və niyə zənginləşib inkişaf etdiyi, nə üçün tərəqqi və texnologiyanın bəzi yerlərdə xalqların rifahına gətirib çıxardığı ilə bağlı araşdırmalarına görə bu mükafata layiq görülüblər.

Daron Acemoğlu 1967-ci ildə İstanbulda anadan olub. O, Massaçusets Texnologiya İnstitutunun professorudur. Saymon Conson isə 1963-cü ildə Böyük Britaniyanın Şeffild şəhərində anadan olub və eyni ali təhsil ocağında işləyir. 

Çikaqo Universitetinin professoru olan Ceyms Robinson isə 1960-cı il təvəllüdlüdür.