ABŞ Tayvanı dəstəkləməyi dayandırmalıdır
Birləşmiş Ştatlar Tayvan boğazında həqiqətən sülhə nail olmaq istəyirsə, “Tayvanın müstəqilliyi” üçün təkan verən qüvvələrə dəstəyini geri götürməlidir.
Redaktor.az xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq bildirib.
“Əgər ABŞ həqiqətən də Tayvan boğazında sülh və sabitlik və regional rifahdan narahatdırsa, o, vicdanla “vahid Çin” prinsipinə və üç Çin-ABŞ birgə kommünikesinə riayət etməli və “Tayvanı dəstəkləməmək” öhdəliyini yerinə yetirməlidir", - o qeyd edib.
Xatırladaq ki, adanın yaxınlığında Çin ordusunun təlimləri başlayıb.
Türkan İSGƏNDƏRLİ