ABŞ-də təyyarə yaşayış ərazisinə düşdü

 17:26 14.10.2024     93

ABŞ -da yüngül mühərrikli təyyarə yaşayış binasının həyətinə düşüb.

Redaktor.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb .

"Cessna" təyyarəsi Corciya ştatının Savanna sakininin evindən bir neçə metr aralıda qəzaya uğrayıb. Qəzanın səbəbi hələlik məlum deyil.

Təyyarənin göyərtəsində bir sərnişinin olduğu və onun yüngül xəsarətlər aldığı qeyd edilir. Pilot isə dünyasını dəyişib. Federal Aviasiya Agentliyi insidentlə bağlı araşdırma aparır.

Türkan İSGƏNDƏRLİ