İsrailin Hizbullaha cavabı sərt olacaq

 17:34 14.10.2024     160

İsrail Hizbullahın Binyamina yaxınlığındakı İsrail hərbi bazasına pilotsuz uçan aparatla endirdiyi zərbəyə sərt cavab verəcək.

Redaktor.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant ABŞ müdafiə naziri Lloyd Ostin ilə telefon danışığında bildirib.

Qalant Ostinə Hizbullah tərəfindən 4 İsrail əsgərinin ölümünə və daha çoxunun yaralanmasına səbəb olan PUA hücumu haqqında məlumat verib. O bildirib ki, İsrail bunu cavabsız qoymayacaq.

Xatırladaq ki, oktyabrın 13-ü axşam saatlarında İsrail ordusunun Qolani briqadasının üzvlərinin təlim keçdiyi Binyamina yaxınlığındakı bazasına Hizbullah milisləri tərəfindən Livandan buraxılan pilotsuz təyyarə ilə hücum edilib.

Türkan İSGƏNDƏRLİ