Bu halda Gürcüstan və Qərbin münasibətləri yaxşılaşacaq
Ukraynadakı münaqişənin sona çatması ölkəyə Qərblə münasibətləri yaxşılaşdırmağa kömək edəcək.
Redaktor.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
“Ukrayna müharibəsi bitən kimi biz tamamilə fərqli bir reallıq əldə edəcəyik. “Birinci cəbhə” başa çatdıqda, Gürcüstanda “ikinci cəbhə”nin açılmasına maraq dərhal sona çatacaq və bu, Aİ və ABŞ ilə münasibətlərimizi bərpa etməyə kömək edəcək ”, - deyə baş nazir bildirib.
Onun sözlərinə görə, Qərbin tənqidlərinə baxmayaraq, Gürcüstan hökuməti legitim olaraq seçilib və xalqla hökumət arasında oktyabrın 26-da keçiriləcək parlament seçkilərindən sonra da qalacaq.
Türkan İSGƏNDƏRLİ