İsrail Qəzzada daha bir jurnalisti qətlə YETİRDİ

 19:03 14.10.2024     147

İsrail qüvvələrinin Qəzza zolağında həyata keçirdiyi hücumlarda daha bir fələstinli jurnalist həyatını itirib.

Redaktor.az xəbər verir ki, Hökumətin Qəzzadakı Media Ofisindən verilən yazılı açıqlamada 7 oktyabr 2023-cü ildən İsrail ordusunun hücumuna məruz qalan Qəzza zolağında öldürülən jurnalistlərlə bağlı məlumat verilib.

Açıqlamada "Əqsa" Televiziyasında operator işləyən jurnalist Ayman Məhəmməd Ruveyşidin İsrail qüvvələrinin həyata keçirdiyi hücumda həyatını itirdiyi bildirilib və 7 oktyabr 2023-cü ildən bu yana öldürülən mətbuat mənsublarının sayının artdığı qeyd edilib.

Qeyd edək ki, İsrail Qəzza zolağında hücumlara başladığı gündən bəri 177 nəfər jurnalisti qətlə yetirib.

Seymur BƏNNAYEV