Borrell İsrailin Qəzzada şəhərciklərə və məktəblərə hücumlarını PİSLƏDİ

 19:30 14.10.2024     173

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell İsrailin xəstəxana şəhərciyinə və köçkün mülki şəxslərin Qəzzanın mərkəzində sığındığı məktəbə hücumlarını pisləyib.

Redaktor.az xəbər verir ki, Josep Borrell, sosial media hesabından verdiyi açıqlamada deyib: "İsrail ordusunun Qəzzanın mərkəzində xəstəxana və sığınacaq kimi xidmət edən bir məktəbə yeni hücumlarını qınayıram. Təhlükəsizliyə can atan onlarla dinc sakin həlak olub və yaralanıb". 

Borrell həmçinin deyib: "Kütləvi təxliyə əmrləri, beynəlxalq humanitar hüququn pozulması və mülki itkilərə məhəl qoyulmaması israilliləri daha təhlükəsiz etməyəcək".

Seymur BƏNNAYEV