Rusiya və Pakistan hərbçiləri birgə taktiki təlimlər KEÇİRİR

 21:16 14.10.2024     69

Pakistanda “Pabbi” milli antiterror mərkəzində “Dostluq 2024” Rusiya-Pakistan taktiki təlimi başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Təlim zamanı iki ölkənin hərbi qulluqçuları qeyri-qanuni silahlı birləşmələrin məhvi üzrə dağlıq ərazilərdə döyüş əməliyyatlarının aparılması, habelə dağlıq və meşəlik ərazilərdə kəşfiyyat-axtarış və kəşfiyyat-pusqu əməliyyatlarının aparılması ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə qarşılıqlı fəaliyyəti məşq edəcəklər”, - məlumatda deyilir.

Qurumdan qeyd edilib ki, təlimdə Rusiya Silahlı Qüvvələri Cənub Hərbi Dairəsinin Volqoqrad vilayətində yerləşən motoatıcı dəstəsinin hərbi qulluqçuları ilə təmsil olunur.

“Birgə taktiki təlim iki ölkə arasında hərbi əməkdaşlığı gücləndirmək və inkişaf etdirmək məqsədi daşıyır”, - nazirlikdən bildirilib.

Xatırladaq ki, “Dostluq” Rusiya-Pakistan birgə taktiki təlimləri 2016-cı ildən keçirilir. Bu il təlimlər 14-26 oktyabr tarixlərində baş tutacaq.