İsrail ilk dəfə xristianlar yaşayan ərazini vurdu: 21 ölü
İsrailin son bir ildə ilk dəfə Livanın şimalına - əsasən xristianların yaşadığı əraziyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 21 nəfərə çatıb.
Redaktor.az xəbər verir ki, bu barədə Livan Qırmızı Xaç Cəmiyyəti məlumat yayıb.
Qeyd edək ki, ŞAXAL-ın Livandakı əməliyyatlarının əsas hədəfi ölkənin cənubu, şərqdə Bekaa vadisi və Hizbullah qruplaşmasının məskunlaşdığı Beyrutun cənub ətrafları olub.
Beyrutdan təxminən 100 kilometr şimalda, Hizbullahın əsas təsir zonalarından uzaqda yerləşən kəndə hücum məcburi köçkün ailələrinə kirayə verilən yaşayış binasına dəyib.