Hizbullaha amansızcasına hücum etməyə davam edəcəyik - Netanyahu

 22:17 14.10.2024     144

İsrailin Baş naziri Benyamin Netanyahu İsrail ordusunun paytaxt Beyrut da daxil olmaqla bütün Livana zərbələr endirməyə davam edəcəyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, Netanyahu Hayfa şəhərinin cənubunda PUA hücumunun hədəfi olan "Qolani" təlim bazasına baş çəkib.

Burada çıxış edən Baş nazir Netanyahu İsrail ordusunun Livandakı hücumlarını davam etdirəcəyini ifadə edərək deyib: “Açıq şəkildə bildirmək istəyirəm ki, Beyrut da daxil olmaqla Livanın hər yerində Hizbullaha amansızcasına hücum etməyə davam edəcəyik”.

Seymur BƏNNAYEV