Quterreş İsrailin Qəzzanın şimalındakı hücumlarını PİSLƏDİ
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş İsrailin Qəzzanın şimalında intensivləşdirdiyi hücumlar nəticəsində çox sayda mülki vətəndaşın öldürülməsini pisləyib və bütün tərəfləri mülki insanları qorumağa çağırıb.
Redaktor.az xəbər verir ki, BMT-nin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında Quterreşin İsrailin xəstəxana şəhərciyinə və məktəbə hücumuna münasibətini çatdırıb.
Qəzzada sahədən gələn xəbərlərin xoşagəlməz olduğuna diqqət çəkən Dujarrik deyib: “BMT-nin baş katibi İsrailin Qəzzanın şimalında intensivləşdirdiyi hücumlar nəticəsində çox sayda mülki vətəndaşın öldürülməsini pisləyir və bütün tərəfləri mülki insanları qorumağa çağırır".
Dujarrik həmçinin bildirib ki, Quterreş bütün tərəfləri beynəlxalq humanitar hüquqa riayət etməyə çağırıb.
Seymur BƏNNAYEV