Putin Pxenyanla bağlı bu sənədi Dumaya təqdim ETDİ

 23:21 14.10.2024     143

Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına Şimali Koreya ilə Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Müqavilənin ratifikasiyası layihəsini təqdim edib.

Redaktor.az xəbər verir ki, bu barədə Dövlət Dumasından məlumat verilib.

“Rusiya ilə Koreya Xalq Demokratik Respublikası arasında 2024-cü il iyunun 19-da Pxenyanda imzalanmış hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş ratifikasiya edilsin”, - yayılan sənəddə qeyd olunub.