Qurtulmuşla Simonyan nələri müzakirə edib? - Açıqlama
Ermənistan parlamentinin sədri Alen Simonyan türkiyəli həmkarı Numan Qurtulmuşla Cənubi Qafqazda sülh prosesini müzakirə edib.
Redaktor.az xəbər verir ki, bu barədə Simonyan bu barədə X sosial şəbəkəsində məlumat yayıb.
O, görüşün məzmunlu olduğunu, ikitərəfli və regional məsələlərin geniş spektrinə toxunulduğunu qeyd edib.
Simonyan bildirib ki, o, Ermənistan hökumətinin “Sülh qovşağı” layihəsini də təqdim edib.
Qeyd edək ki, tərəflər arasında Cenevrədə Parlamentlərarası Birliyin (İPU) 149-cu Baş Assambleyası çərçivəsində keçirilib.