İraq radikalları İsrailin şərqini atəşə tutduqlarını AÇIQLADI

 23:50 14.10.2024     151

Radikal İraq qrupları, sahib olduqları pilotsuz təyyarənin (PUA) İsrailin şərqindəki hədəflərə hücum etdiyini iddia edirlər.

Redaktor.az xəbər verir ki, bu barədə İraqın "İslami Müqavimət Hərəkatı"na daxil olan birləşmələrin bəyanatında deyilir.

Radikalların "Telegram" kanalında dərc olunan mətnə ​​görə, mütərəqqi imkanlara malik PUA işğal olunmuş ərazilərin şərq hissəsində yerləşən mühüm hədəfə hücum edib. Sözügedən dronun hansı imkanlara malik olduğu barədə məlumat verilmir. "İslami Müqavimət Hərəkatı" bu aksiyanın İsrailin mülki əhaliyə qarşı təcavüzünə cavab olaraq Fələstin və Livan xalqlarına dəstək məqsədilə həyata keçirildiyini vurğulayıb.

Turan İSMAYIL