İsrail Livan raketlərini ələ keçirdi

 09:26 15.10.2024     76

İsrail Müdafiə Qüvvələri Livandan gələn iki raketi zərərsizləşdirib.

Redaktor.az xəbər verir ki, bu barədə İsrail silahlı qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

"Livandan sərhədi keçən iki raket Hərbi Hava Qüvvələri tərəfindən uğurla ələ keçirilib", - məlumatda deyilir. Bundan əvvəl İsrailin Hayfa və Misqav Am şəhərlərində hava hücumu ilə bağlı xəbərdarlıq edilib. 

Dağıntı və təlafat barədə məlumat verilməyib.

Türkan İSGƏNDƏRLİ