Siyarto Trampın seçkilərdə qalib gəlməsindən DANIŞDI

 09:49 15.10.2024     126

ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampın seçkilərdə qalib gəlməsi macarlar üçün ən yaxşı variant olardı.

Redaktor.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto məlumat verib.

“Biz çox qürur duyuruq ki, Prezident Tramp tez-tez baş nazir Orbanla dostluq münasibətlərindən danışır. Onların həm şəxsi, həm də peşəkar münasibətləri əladır”, - deyə nazir bildirib.

Siyarto əlavə edib ki, Budapeşt seçkinin nəticələrindən asılı olmayaraq ABŞ vətəndaşlarının istənilən seçiminə hörmətlə yanaşacaq.

Amerikada prezident seçkiləri 2024-cü il noyabrın 5-də keçiriləcək. "Axios" portalının məlumatına görə, Tramp qalib gəlsə, ABŞ Demokratları nəticələrə etiraz etmək üçün məhkəməyə müraciət edə bilərlər.

Sevinc İBRAHİMZADƏ