Qərb Ukraynanı dəstəkləməkdən yorulub - Valtonen

 10:29 15.10.2024     88

Qərb ölkələri Ukraynanı dəstəkləməkdən yorulur və getdikcə münaqişənin hansısa formada həllinə ümid edir.

Redaktor.az xəbər verir ki, bunu Finlandiyanın xarici işlər naziri Elina Valtonen deyib.

O, həmçinin bildirib ki, Yaxın Şərqdə münaqişənin başlanması həm diqqəti, həm də resursları yayındırıb. Üstəlik, yaranmış vəziyyət bir çox ölkələri Ukrayna məsələsində həll yolu tapmaq barədə düşünməyə vadar edib.

Türkan İSGƏNDƏRLİ