Kamala Harris buna görə ittiham olunur
Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harrisin kitabındakı hissələrin digər mənbələrlə eyni olduğu aşkar edildikdən sonra plagiatda şübhəli bilinir.
Redaktor.az xəbər verir ki, bu barədə "The New York Post" yazır.
Məlumata görə, Kamala Harrisin 2009-cu ildə yazdığı və Joan O'K-un həmmüəllifi olduğu məhkəmə təqibinə yeni yanaşmaya həsr olunmuş kitabda plagiat aşkarlanıb.
Avstriyalı “plagiat ovçusu” Stefan Veber kitabdakı sözlərin digər mənbələrə çox bənzədiyi beş nümunənin skrinşotlarını yerləşdirib. Xüsusilə, Harris 2008-ci il Associated Press məqaləsindən, 2008-ci il Vikipediya məqaləsindən, 2000-ci il Ədliyyəyə Yardım Bürosunun hesabatından, 2004-cü il Urban İnstitutunun hesabatından və 2007-ci ildə Con Jay Criminal Justice College press-relizindən mətn götürüb.
Türkan İSGƏNDƏRLİ