Rusiyada miqrantların saxta nikahlarına qarşı qanun qəbul EDİLDİ

 14:47 15.10.2024     141

Rusiyada miqrantların saxta nikahlarına, atalıq və analığa qarşı mübarizəni nəzərdə tutan qanun qəbul edilib.

Redaktor.az xəbər verir ki, Dövlət Duması sadələşdirilmiş qaydada müvəqqəti yaşamaq icazəsi almaq üçün Rusiya Federasiyası vətəndaşı ilə evliliyin minimum üç illik müddətini müəyyən edən qanun qəbul edib.

Yeni qanuna görə, müvəqqəti yaşamaq icazəsi Rusiyada daimi yaşayan Rusiya Federasiyasının vətəndaşı ilə ən azı üç il evli olan və ya ümumi övladı olan Rusiya vətəndaşı ilə evli olan əcnəbiyə verilə bilər.

Beləliklə, bundan sonra kvotadan kənar Rusiyada müvəqqəti yaşamaq icazəsini və "Vid na Jitelstvo"nu nikah və ya övladlığa götürmə tarixindən 3 ildən gec olmayaraq, almaq mümkün olacaq.