İran Avropaya bütün uçuşları dayandırdı

 15:54 15.10.2024     86

İranın Avropa Birliyinə uça bilən yeganə aviadaşıyıcısı olan "Iran Air", Aİ-nin yeni sanksiyalarından sonra Avropaya uçuşları dayandırır.

Redaktor.az ILNA agentliyinə istinadla xəbər verir ki, bu barədə İran Hava Daşıyıcıları Assosiasiyasının direktoru Maksud Əsədi Samani məlumat verib.

“Ölkəmizdə Avropaya uçan yeganə aviaşirkət "İran Air" idi və Aİ-nin “Iran Air”ə qarşı yeni sanksiyalarını nəzərə alsaq, bundan sonra bir dənə də olsun İran təyyarəsi Avropaya uçmayacaq”, - deyə o bildirib.

Turan İSMAYIL