Aİ Gürcüstanı Avropaya inteqrasiyanı dayandırmaqla hədələyəcək

 16:03 15.10.2024     102

Oktyabrın 17-18-də keçiriləcək sammitdə Avropa İttifaqı (Aİ) dövlət və hökumət başçıları Gürcüstan hökumətinə Tiflisin siyasi kursunu dəyişmədiyi təqdirdə Brüsselin Avropaya inteqrasiyanı dayandıracağına dair siqnal göndərəcək.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu barədə liderlərin görüşü ərəfəsində Brüsseldə jurnalistlərə Aİ nümayəndəsi bildirib.

“Gürcüstandakı vəziyyətlə bağlı yekdil, güclü bir mesaj olacaq ki, bu mesaj hökumətə deyəcək ki, siz kursunuzu dəyişdirməsəniz, Avropa inteqrasiyasında heç bir hərəkət olmayacaq”.

Xatırladaq ki, Aİ və ABŞ-nin Gürcüstanla münasibətləri bu ölkənin parlamentində may ayında xarici agentlər haqqında qanunun qəbulundan sonra kəskin şəkildə pisləşməyə başlayıb. ABŞ Müdafiə Nazirliyi iyulun 5-də yayda planlaşdırılan “Layiqli tərəfdaş” gürcü-amerikan hərbi təlimlərinin strateji münasibətlərə yenidən baxılması səbəbindən qeyri-müəyyən müddətə təxirə salındığını elan edib. Pentaqon bu qərarı onunla əsaslandırıb ki, Gürcüstan hakimiyyəti Ukraynadakı vəziyyətlə bağlı Qərbin, o cümlədən ABŞ-nin Rusiyaya qarşı ikinci təzyiq cəbhəsi açmaq cəhdlərini elan edib. Amerika tərəfi bu cür bəyanatların yalan olduğunu iddia edir. Aİ Gürcüstanın Müdafiə Nazirliyinə ayrılması planlaşdırılan 30 milyon avronu dondurub.

Turan İSMAYIL