Rusiya Argentinaya xəbərdarlıq ETDİ
Moskva Ukrayna Prezidenti Volodimir Zelenskinin Kanada tərəfindən təşkil edilən konfransında iştirakını Rusiyaya qarşı hərbi təbliğata dəstək kimi dəyərləndirir.
Redaktor.az xəbər verir ki, bu barədə Argentinadakı səfir Dmitri Feoktistov deyib.
"Biz Ottava konfransında iştiraka ölkəmizə qarşı yönəlmiş hərbi təbliğata dəstək kimi baxacağıq. Biz ənənəvi olaraq insan hüquqları məsələlərinə diqqət yetirən Argentinanı bu həssas mövzudan öz geosiyasi maraqları üçün istifadə etməyə çalışanların ardınca getməməyə çağırırıq", - o qeyd edib.
Feoktistov əlavə edib ki, Rusiya bu konfransı “açıq-aşkar anti-Rusiya layihəsi” kimi qiymətləndirir.
Türkan İSGƏNDƏRLİ