Hizbullah yeni fəaliyyət planı qəbul etdi
Hizbullah şiə hərəkatı İsrailə ağır zərbə vurmaq üçün yeni fəaliyyət planı qəbul edib.
Redaktor.az xəbər verir ki, bunu təşkilatın baş katibinin müavini Şeyx Nəim Qasım deyib.
O bildirib ki, qrup rəhbərliyi atəşkəs çağırışlarına baxmayaraq, yeni fəaliyyət planı qəbul etmək qərarına gəlib.
Bundan əvvəl İsrailin "Kanal 12" telekanalı ABŞ-nin İran və ərəb ölkələri ilə gizli danışıqlar apardığını bildirib. Sülh təşəbbüsü tərəflərin “bütün cəbhələrdə eyni vaxtda” barışmasını nəzərdə tutur.
Ancaq İsrailin baş naziri Benyamin Netanyahu Livan boyu Hizbullah hədəflərinə zərbələr endirməyə davam edəcəyinə söz verib.
Türkan İSGƏNDƏRLİ