Mask Venesuelada dövlət çevrilişinə cəhddə ittiham olundu

 17:45 15.10.2024     125

Amerikalı iş adamı İlon Mask bu ilin iyulunda keçirilən seçkilərdən sonra Venesuelada çevriliş cəhdini maliyyələşdirmək üçün ən azı 1 milyard dollar xərcləyib.

Redaktor.az xəbər verir ki, bu barədə ölkə prezidenti Nikolas Maduro məlumat verib.

Venesuela liderinin sözlərinə görə, ayrılan vəsaiti müxalifət lideri Mariya Korina Maçado bölüşdürüb.

O, həmçinin terror qruplaşmalarının maliyyələşdirilməsi ilə məşğul olub. Lakin Maduro çevriliş planının iflasa uğradığını bildirib.

Prezident Maskın uğursuz olduğunu iddia edib.  Həmçinin əlavə edib ki, çevriliş cəhdinin arxasında ABŞ hökumətinin və Şimali Amerika imperiyasının daimi sui-qəsdi dayanır.

Qeyd edək ki, avqust ayında Maduro "X" sosial şəbəkəsinin ölkədə bir neçə dəfə qanunu pozduğunu və buna görə də ölkədə fəaliyyətinin dayandırılacağını elan edib. Dövlət başçısı bu saytın venesuelalılar arasında nifrət, faşizm, vətəndaş müharibəsi, ziddiyyətləri qızışdırdığını, həmçinin Venesuelanın bütün qanunlarını pozduğunu bildirib.

Sevinc İBRAHİMZADƏ