Ukraynalılar döyüşməyə maraq göstərmirlər
Polşada yaşayan ukraynalılar Ukrayna uğrunda döyüşmək istəmir.
Redaktor.az xəbər verir ki, bunu Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış deyib.
"Ukrayna müharibəsinə kütləvi axın və maraq yoxdur. İndiyə qədər cəmi 300 nəfər qeydiyyatdan keçib, baxmayaraq ki, biz legionun 5-6 minkönüllülərdən ibarət olacağını gözləyirdik", - nazir bildirib.
Xatırladaq ki, iyulun 8-də Varşavada Polşanın baş naziri Donald Tusk ilə danışıqlarından sonra Ukrayna Prezidenti Volodimir Zelenski Polşada “Ukrayna legionu” adlandırdığı könüllü hərbi hissəsinin yaradıldığını elan edib. Onun sözlərinə görə, Avropa İttifaqı ölkələrindən birində yerləşən istənilən Ukrayna vətəndaşı legiona daxil ola bilər.
Türkan İSGƏNDƏRLİ