Ermənistan Ordusunun Baş Qərargah rəisi ABŞ-yə GETDİ
Ermənistan müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryanın rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-da işgüzar səfərdədir.
Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan KİV-nin yaydığı məlumatda bildirilib.
E.Asryan oktyabrın 16-da Vaşinqtonda ABŞ Ordu Assosiasiyasının illik silah sərgisində iştirak edəcək.