"Hizbullah" İsrailə qarşı mübarizənin “yeni formuluna” keçdiyini AÇIQLADI
Livanın “Hizbullah” şiə hərəkatı İsrailə qarşı mübarizənin düşmənə zərər verməkdən ibarət “yeni formuluna” keçmək qərarına gəlib.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu çıxışını "Al Mayadeen" telekanalında təşkilatın baş katibinin müavini Naim Qassem deyib.
"Biz düşmənə ağrı verməkdən ibarət yeni döyüş formuluna qərar verdik" - deyən Qassemin sözlərinə görə, bu “yeni formul”a uyğun olaraq, Hizbullah Tel-Əvivi, Hayfanı və Hayfadan uzaqda yerləşən digər İsrail ərazilərini vurur.
Hərəkat rəsmisi vurğulayıb ki, bu vəziyyətdə yeganə həll İsrailin atəşkəsdir, əks halda "Hizbullah“ düşmən ordusunun şəxsi heyətinə, onların yerləşdiyi yerlərə və kazarmalara hücumu davam etdirəcək.
Turan İSMAYIL