Litva Rusiya ilə bu sazişi ləğv etmək istəyir

 18:40 15.10.2024     133

Litva Rusiya Federasiyası ilə ticarət gəmiçiliyinə dair hökumətlərarası sazişi ləğv etmək niyyətindədir.

Redaktor.az TASS-a istinadla xəbər verir ki, bu sənədin geri götürülməsi təşəbbüsü Litvanın Rabitə və Nəqliyyat Nazirliyi tərəfindən qaldırılıb.

“Beynəlxalq hüququn davamlı pozulması ilə bağlı geosiyasi vəziyyəti, habelə dövlətlərarası ticarət-iqtisadi əməkdaşlığın praktiki olaraq dayandığını və qeyri-mümkün olduğunu nəzərə alaraq, bu sazişi denonsasiya etmək məqsədəuyğundur”, - hökumətə göndərilən təqdimatda deyilir.

Ticarət gəmiçiliyi haqqında Saziş 1993-cü ildə Vilnüs və Moskva arasında imzalanıb və 1994-cü ildə qüvvəyə minmişdir.

Hökumətdə bu məsələyə baxıldıqdan sonra Nazirlər Kabineti denonsasiya təklifi ilə razılaşarsa, təsdiq olunmaq üçün parlamentə göndəriləcək.

Turan İSMAYIL