İsrailin Livana hücumlarında ölənlərin sayı 2 min 350-yə YÜKSƏLDİ

 19:52 15.10.2024     65

İsrail ordusunun Livana hücumlarında ölənlərin sayı 2 min 350-yə, yaralıların sayı isə 10 min 906-ya yüksəlib.

Redaktor.az xəbər verir ki, Livan Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrail ordusunun ölkənin bir çox bölgəsində hava hücumlarını davam etdirdiyi bildirilib.

Açıqlamaya görə, dünən İsrailin davam edən hücumları nəticəsində 41 nəfər ölüb, 124 nəfər yaralanıb, İsrailin 8 oktyabr 2023-cü ildən Livana hücumlarında həyatını itirənlərin sayı 2350, yaralı sayı isə 10906-ya çatıb. 

İsrailin bombardmanları nəticəsində Livanda 100 min insanın didərgin düşdüyü təxmin edilir.

Seymur BƏNNAYEV