Qroznıda partlayışa səbəb olmaqda şübhəli bilinən şəxs həbs EDİLDİ

 20:16 15.10.2024     166

Çeçenistanın paytaxtı Qroznıda yanacaqdoldurma məntəqəsində partlayışa səbəb olmaqda şübhəli bilinən yük maşınının sürücüsü həbs edilib.

Redaktor.az xəbər verir ki, bu barədə İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, dörd nəfərin ölümü, beşinin isə yaralanması ilə nəticələnən hadisədə təhlükəsizliyə əməl etməyən şübhəli şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, hadisə oktyabrın 12-də baş verib. İstintaqın məlumatına görə, sürücü yanacaqdoldurma məntəqəsinin ərazisində işləyərkən təhlükəsizlik tələblərini pozub.