Ukraynada əsgərlik yaşına çatan şəxslər göz altına ALINIR

 20:39 15.10.2024     147

Ukraynada polis əyləncə məkanlarına basqın edib və hərbi yaşda olan kişiləri saxlayıb. Hadisə sosial şəbəkədə mənfi reaksiyalar alıb.

Redaktor.az xəbər verir ki, Ukrayna polisi əsgər yaşına çatmış kişiləri tutmaq üçün əyləncə məkanlarına, konsertlərə və idman zallarına basqın etməyə başlayıb.

Keçirilən reydlər zamanı hərbi xidmətə çağırılan hərbi yaşda olan kişilər şəxsiyyətlərinin yoxlanılması zamanı saxlanılır.

Seymur BƏNNAYEV