İsrailin Livana zərbələri: 41 ölü

 21:28 15.10.2024     92

İsrailin Livana aviazərbələri nəticəsində son sutkada 41 nəfər ölüb, 124-ü xəsarət alıb.

Redaktor.az xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyinin Təcili Əməliyyatlar üzrə Mərkəzi məlumat yayıb.

Baalbek-Hermel, Bekaa, Livan dağı, Nəbatiyyə, Səidə və Tir əyalətlərindəki şəhər və qəsəbələrə aviazərbələr endirildiyi bildirilib.