Hindistandan ABŞ-yə uçan təyyarə təcili eniş ETDİ

 21:49 15.10.2024     165

Hindistanın “Air India” aviaşirkətinə məxsus sərnişin təyyarəsi ABŞ-yə uçuşu zamanı internet üzərindən “bomba təhlükəsi” aldıqdan sonra Kanadada təcili eniş etməli olub.

Redaktor.az xəbər verir ki, Hindistandan ABŞ-yə uçan sərnişin təyyarəsi “bomba təhlükəsi” səbəbindən Kanadaya təcili eniş edib. 

“Air India”nın verdiyi açıqlamada “AI127” reysinin ABŞ-nin Çikaqo şəhərinə getmək üçün Hindistanın paytaxtı Yeni Dehlidən havaya qalxdığı bildirilib.

Açıqlamada təyyarənin internetdə paylaşılan bomba təhdidindən sonra Kanadanın İqaluit şəhərinə təcili eniş etdiyi, "Air India" və digər Hindistan hava yolu şirkətlərinin də son günlərdə təhdidlər aldığı bildirilib.

Açıqlamada bildirilib ki, sonradan bu təhdidlərin saxta olduğu üzə çıxıb.

Seymur BƏNNAYEV