“Benfika” klubu korrupsiyada ittiham EDİLDİ

 22:42 15.10.2024     156

Portuqaliya prokurorluğu Lissabonun "Benfika" futbol klubunu korrupsiyada ittiham edib və komandanın bütün turnirlərdən uzaqlaşdırılmasını tələb edib.

Redaktor.az xəbər verir ki, bu barədə Portuqaliyanın “A Bola” qəzeti məlumat yayıb.

Klubun keçmiş prezidenti Luis Filipe Vieira və keçmiş hüquq məsləhətçisi Paulo Qonçalves korrupsiya və vergi fırıldaqlarında ittiham olunurlar.

Prokurorluq "Benfika"nın 6 aydan 3 ilə qədər idman yarışlarında iştirakdan kənarlaşdırılmasını tələb edir.