Türkiyə polisi yoxa çıxan rus qadının meyitini aşkarladı

 23:42 15.10.2024     115

Türkiyə polisi oktyabrın 8-də ölkənin Qara dəniz sahilindəki Ordu vilayətində yoxa çıxan rusiyalı qadının meyitini aşkarlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə DHA agentliyi məlumat yayıb.

57 yaşlı Marqarita Karaca oktyabrın 8-də Altınordu rayonundakı evindən çıxaraq yoxa çıxıb. Həmin gün qadının yaxınları onun itkin düşməsi ilə bağlı polisə məlumat verib və ictimai diqqəti cəlb etmək üçün sosial şəbəkələr vasitəsilə də məlumat göndəriblər.

Axtarış demək olar ki, bir həftədən sonra nəticə verib. Polis çərşənbə axşamı günorta saatlarında Altınordu rayonunun Boztəpə məhəlləsindəki qoz bağında rus qadın meyiti aşkarlayıb.

Ölüm səbəbi ilə bağlı hələlik məlumat yoxdur. Faktla bağlı araşdırma aparılır.

Turan İSMAYIL