Fransa Ukraynaya tranşları azaltdığını AÇIQLADI

 23:54 15.10.2024     131

Fransa büdcə kəsiri səbəbindən Ukraynaya yardımı kəsmək məcburiyyətindədir.

Redaktor.az xəbər verir ki, bu barədə “Politico” Fransa müdafiə naziri Sebastyan Lekornuya istinadən yazır.

“2024-cü ilin əvvəlində bu yardımın üç milyard avroya çatacağı ilə bağlı siyasi qərar verilib” - deyə nazir vurğulayıb.

O, dəqiqləşdirib ki, reallıqda üç deyil, iki milyard avrodan çox vəsait ayrılacaq.

Qeyd edək ki, Fransa dövlət borcunu qaytarmaqda çətinliklə üzləşib.