Maskın Trampa dəstək üçün xərclədiyi məbləğ AÇIQLANDI

 08:48 16.10.2024     122

Amerikalı sahibkar İlon Mask üç ay ərzində ABŞ prezidentliyinə namizəd Donald Trampın Amerika PAC seçki kampaniyasını dəstəkləmək üçün siyasi komitəyə təxminən 75 milyon dollar bağışlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə ABŞ Federal Seçki Komissiyasının (FEC) məlumatlarında qeyd olunub.

FEC məlumatlarına görə, Maskın iyul-sentyabr ayları arasında ümumi ianələri 74,95 milyon dollar təşkil edib. Oktyabrın 1-dən oktyabrın 16-dək olan dövrü əhatə edən hesabat isə oktyabrın 24-də komissiyaya təqdim olunacaq.

Sevinc İBRAHİMZADƏ