Uşaqsızlıq vergisini təklif edən alim təhdid edilir
Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin Sosial-İqtisadi Tədqiqatlar İnstitutunun direktoru Aleksey Zubets ölkədə uşaqsızlığa görə verginin tətbiqini təklif edib. O, buna görəı təhdidlər aldığını açıqlayıb.
Redaktor.az xəbər verir ki, Zubets "Spas" telekanalında ona ünvanlanan “əsəb reaksiyasından” danışıb.
“Reaksiyanın bu qədər əsəbi olması və deyərdim ki, yerlərdə ədəb-ərkan həddini aşması məni təəccübləndirir... Hər səhər korporativ poçtları mənə ünvanlanan təhdid və söyüşlərdən təmizləməliyəm. Bu, əlbəttə ki, stressdir”, - Zubets bildirib.
Eyni zamanda, o qeyd edib ki, Kreml elan edilmiş təşəbbüslə “müəllifə getməli olduğumuzu” deyib, ona görə də “burada hər şey aydındır”.
İqtisadçı Aleksey Zubets 35 yaşdan yuxarı qadınlar və 40 yaşdan yuxarı kişilər üçün uşaqsızlığa görə vergi tətbiq etməyi təklif edib. Onun fikrincə, bu vergi ailə vəziyyətindən asılı olmayaraq bir cüt adama 30-40 min rubl məbləğində alınmalıdır. İqtisadçının fikrincə, belə bir verginin tətbiqi dövlətin demoqrafiya layihəsi üzrə xərcləri kompensasiya edəcək. O, hesab edir ki, uşaqsız ailələrdən yığılan vəsait başqa ailədə uşağı saxlamaq üçün istifadə olunmalıdır.
Turan İSMAYIL