Qazaxıstan BRİKS-ə müraciət etməkdən çəkindi

 10:38 16.10.2024     149

Qazaxıstan yaxın vaxtlarda BRİKS-ə müraciət etməkdən çəkinəcək. 

Redaktor.az xəbər verir ki, bunu "tengrinews" portalına müsahibəsində Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin mətbuat katibi Berik Uali deyib.

Onun sözlərinə görə, bu, üzvlük və assosiasiyanın inkişaf perspektivlərinin qiymətləndirilməsinin çoxmərhələli prosesi ilə bağlıdır.

Sevinc İBRAHİMZADƏ